Hacı Məmmədovun intiharı ilə bağlı - RƏSMİ MƏLUMAT
![](https://img.mynews.az/news/2017/12/photo_33175.jpg)
Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Hacı Məmmədovun intihar etməsi ilə bağlı açıqlama verilib.
Mynews.az xəbər verir ki, Penitensiar xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.
"Məhkum H.T.Məmmədov Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində “Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.
Hadisə yeri prokurorluq tərəfindən tibb ekspertinin iştirakı ilə müayinə olunub.
Hadisə baş vermiş kameraya və mərhumun üzərinə baxış zamanı sonuncu tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də, saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, təxirəsalınmaz zəruri prosessual tədbirlər həyata keçirilib, hazırda istintaq hərəkətləri davam etdirilir", - deyə məlumatda qeyd olunur.
Cəmiyyət
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da...
- Ramil Səfərovun xanımı deputatlığa namizəd olur
- Xalq artisti oğlunu əsgərliyə yola saldı - Təzə evlənmişdi... - FOTO
- Azərbaycanda qadınların pensiya yaşı ARTIRILDI
- Avtobuslardakı qəza çəkiclərini kim oğurlayır? - AÇIQLAMA
- Sabahdan Aİ 95 ucuzlaşır
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq" 999 dəfə oxunub
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da... 996 dəfə oxunub
- “Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTOLAR 995 dəfə oxunub
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq 968 dəfə oxunub
- Ağadadaş Ağayev "Xalq artisti" adından məhrum edilə bilər? 963 dəfə oxunub