Bu gün İctimai Televiziyanın xidməti mikroavtobuslarından biri Nərimanov rayonu ərazisində qəzaya düşüb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, telekanala məxsus “Ford Tranzit” markalı mikroavtobus Fətəli Xan Xoyski küçəsindəki tunelin girişində “Toyota Land Cruiser” markalı, 90 RD 690 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib, əraziyə polis əməkdaşları gəlib.
Bildirilir ki, telekanal əməkdaşları Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili, tanınmış ictimai xadim Ağacan Abıyevin 80 illik yubiley mərasimində çəkiliş aparmaq üçün gedirmiş.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub