Əsas hədəf həddi-buluğa çatmamış gənc qızlardır
Azərbaycanın 10 milyona yaxın sakini ciddi təhlükə qarşısındadır. Manatın məzənnəsinin sabit qalmasına baxmayaraq hansısa sirli əl əsas istehlak mallarını, xüsusilə ərzaqları yavaş-yavaş bahalaşdırır və ailə büdcələrinə böyük zərbə dəyir.
Vətəninfo.az xəbər verir ki, İstiPress-in araşdırmasına görə, manatın məzənnəsinin sabitləşməsinlən keçən bir il ərzində ailələrin ərzağa və məişətdə işlənən digər gündəlik tələbat mallarına (diş pastası, salfet kağızı, sabun və s.-ə) xərclədikləri pullar ən azı 50 faiz artıb. Əgər bir il qabaq Bakı və Gəncə kimi şəhərlədə bir nəfərin, geyim istisna olmaqla, ərzaq və digər zəruri istehlak malları üçün ayda xərclədiyi vəsait 100 manat idisə, hazırda bu, 150 manata qalxıb.
Ölkə üzrə yox, təkcə şəhər əhalisinin əsasən yaşadığı Bakı və Gəncə zonasının sakinlərini nəzərə aldıqda, hansısa qrupların qiymət artımından son bir ildə 3 milyard manata yaxın spekulyativ qazanc əldə etdiyini görmək olur. Hesab sadədədir - real olaraq 4 milyon şəhər sakini Bakı - Sumqayıt zonasında, 1 milyon şəhər sakini isə Gəncə, Şəmkir, Mingəçevir üçbucağında yaşyır (təbii ki, Göygöl və Daşkəsənin də şəhər əhalisi buraya daxildir).
Ölkənin digər zonaları nəzərə alındıqda mafiyalaşmış ticarət qruplarının ədalətsiz bahalaşdırmadan əldə etdikləri spekulyativ gəlirlərinin il ərzində 5 milyard manatdan çox olduğunu görmək mümkündür. Bu, Azərbaycan əhalisinin pul gəlirlərinin 10 faizindən yüksək bir rəqəmdir, istənilən halda, 2017-ci ildə Azərbaycan əhalisinin pul gəlirləri 48 milyard manatın ətrafında olacaq. Yəni hansısa sirli əl azərbaycanlıların cibinə girərək spekulyativ yollarla hər 10 manatından birini mənimsəyir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub