Bu gün saat 18:45-də 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Nuriyev Sabir Siyavuş oğlu həyatını təhlükəyə ataraq 14 saylı marşrut üzrə hərəkət edən qatarın 1-ci və 2-ci vaqonların arasında getməyə cəhd göstərib.
Mynews.az-ın xəbərinə görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev öz Facebook səhifəsində yazıb.
Metropoliten əməkdaşları “Gənclik” stansiyasında hadisənin qarşısını almaqla yanaşı yaşana biləcək bədbəxt hadisəyə də mane olublar.
Adıçəkilən şəxs polis əməkdaşlarına təhvil verilib. Bakı metropolitenində polis şöbəsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılır.
“Bakı metropoliteni” sərnişinlərdən bir daha xahiş edir ki, bu cür təhlükəli hallara yol verməsinlər və metropolitendən istifadə qaydalarına riayət etsinlər.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub