Saray qəsəbə sakini öz həyətində yetişdirdiyi toyuğu kəsən zaman qəribə hadisə ilə qarşılaşıb. Kəsilən toyuğundan içindən daha bir toyuq çıxıb.
Mynews.az-ın məlumatına görə, Xəzər TV hadisənin səbəbini mütəxəssislərlə araşdırıb.
Həyətdə yetişdirdiyi toyuğu kəsən zaman onun içərisindən daha bir toyuq çıxdı.
Məsələ ilə bağlı Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun böyük elmi işçisi Tahir Kərimov bildirir ki, bu mayalanma prosesinin pozulması nəticəsində quşlarda, eləcə də məməli heyvanlarda müşahidə olunan bir haldır. Bu proses hətta insanlarda da baş verə bilir.
Tahir Kərimov bildirir ki, bu hadisənin yaşanması toyuqlarda mayalanma prosesi gedən zaman hansısa hadisənin təsirindən baş verir.
Belə hadisələrlə rastlaşan vətəndaşlar toyuğun içərisindən çıxan həmin əlavə hissəni atmalıdır. Çünki, onun tərkibi qeyri-müəyyən olduğundan yeyilməsi tövsiyə olunmur. Ancaq kəsilən toyuğun qalan hissələrinin yeyilməsində heç bir problem yoxdur.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub