Azərbaycanda bu günə kimi 100-dən artıq xəstəyə dövlət hesabına böyrək transplantasiyası uğurla icra edilib.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, belə xəstələrdən biri olan Qasım Ağamətov üzərində bu günlərdə transplantasiya əməliyyatı aparılıb.
Əməliyyat akademik M.Cavadzadə adına Uroloji Mərkəzdə Mircəlal Kazımi tərəfindən aparılıb.
O qeyd edib ki, həmin xəstə 15 il hemodializ olunub: "Belə ki, uzun müddət dializdə olan xəstələrdə ürək-damar çatışmazlığı əmələ gəlir. Bu xəstənin də ürək fəaliyyəti 30%, damarları isə dözümsüz olub.
Texniki çətinliyə baxmayaraq, bacısından alınan böyrək müvəffəqiyyətlə xəstəyə nəql edilib. Xəstə artıq normal vəziyyətdə evinə yazılıb. O, bundan sonra həyatına normal, sağlam insan kimi davam edəcək".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub