Xəbər veridiymiz kimi, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vergilər Naziri Fazil Məmmədov tutduğu vəzifədən azad edilib.
Prezidentin imzaladığı bir digər sərəncamla bu vəzifəyə Təhsil Naziri Mikayıl Cabbarov gətirilib.
Mynews.az-ın AZXEBER.COM-a istinadən məlumatına görə, günün sonunda ölkədə iki böyük nazirlikdə edilən dəyişiklik heç də gözlənilməz olmayıb. Belə ki, zaman-zaman mətbuatda Fazil Məmmədovun səhhəti ilə əlaqədar olaraq müalicə alması ilə bağlı məlumatlar yayımlanıb.
Yayılan xəbərlərə görə, Fazil Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi nazirin pəhriz üçün istifadə etdiyi dərmanların onda sinir pozuntusuna yol açmasıdır.
Məhz bir neçə müddətdir ki, işə çıxa bilməyən nazir yalnız müəyyən müddətlərlə işə gələ bilirmiş. Bu səbəbdən o özü bu vəzifəni daşıya bilmədiyini söyləyərək vəzifəsindən azad olunmasını ölkə rəhbərliyindən istəyib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub