Ağdaş sakini 12 yaşlı İsmayıl Adıgözəlovun intiharı ilə bağlı təhsil aldığı Ləki kənd 6 saylı tam orta məktəbin direktor müavini Qumru Abbasova açıqlama verib.
Mynews.az xəbər verir ki, Q. Abbasova İsmayılın nümunəvi şagird olduğunu bildirib:
“Nümunəvi, ağıllı, tərbiyəli, mərifətli sağır idi. Hər gün də dərslərdə iştirak edirdi. Sonuncu dəfə 5-ci gün, ayın 1-də dərsdə olub. Hadisə də bazar günü baş verib”.
Məktəb rəsmisi İ.Adıgözəlovun hər hansı problemini dilə gətirmədiyini vurğulayıb:
“Qətiyyən narahat uşaq deyildi. Sakit təbiətli, mehriban idi. Sinif yoldaşları, müəllimləri hər hansı narahat məqam sezməyiblər. O, dərsdən sonra Quran öyrənməyə gedirdi. Quran müəllimindən də necə biri olduğunu soruşa bilərsiniz”.
Q. Abbasovanın sözlərinə görə, dekabrın 17-də İsmayılın bacısının toyu olacaqmış:
“Kasıb ailədirlər. Amma heç kimdə işləri də yox idi. Ailədə 3 uşaqdırlar. Böyük bacısı köçüb. İsmayılın ikinci bacısı 21 yaşındadır, dekabrın 17-də bizim qonşuya gəlin köçəcəkdi. Hazırda toy təxirə salınıb. Atası Çingiz, anası Əfşan ağlayır, çarəsizdirlər. Çox çətin vəziyyətdədirlər”.
Qeyd edək ki, Ağdaşda rayon sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu dekabrın 3-də məktub yazaraq, yaşadığı evin həyətindəki tövlədən özünü asaraq intihar edib.
(Modern.az)
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub