113 saylı avtobusun sürücüsü avtobus hərəkətdə olan zaman telefonla danışıb. O həm özünü, həm də avtobusda olan onlarla sərnişinin həyatını təhlükəyə atıb. İndi həmin kadrları təqdim edirik.
Sərnişin avtobusunun sürücüsü telefonla danışır. Avtobusun içərisi isə sərnişinlərlə doludur.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər bu gün sərnişinlərdən biri tərəfindən çəkilərək göndərilib.
Kadrlardan da aydın olur ki, sürücü qaydaları kobud şəkildə pozaraq, sərnişinlərin həyatını risqə atır. Bu zaman baş verə biləcək ani bir diqqətsizlik onlarla sərnişinin həyatı bahasına başa gələ bilər.
Araşdırma zamanı məlum oldu ki, kadrlar Əmircan qəsəbəsi ilə metronun Qara Qarayev stansiyası yaxınlığında sərnişin daşıyan 113 saylı marşurut avtobusunda çəkilib.
Xəttin kalon rəisi Kamil Məmmədov bildirdi ki, bu onların xəttində baş verən ilk hal deyil. Bir neçə dəfə sürücülər bu kimi qayda pozuntusuna yol verib. Bəzi sürücülər hətta buna görə işdən də çıxarılıb.
Məsələ ilə Bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən xəttin müvəqqəti istismarçısı daşıyıcı Agentliyə çağırılaraq anoloji halın baş verməməsi üçün xəbərdarlıq edilib.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub