Qurunt sularının mövcud olduğu ərazilərdə fərdi yaşayış evi tikmək sonradan bir sıra problemlərin ortaya çıxmasına səbəb olur.
Mynews.azxəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əziz Qaralovun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən respublika ərazisində sürüşmə və subasma ərazilərinin atlası hazırlanaraq icra hakimiyyəti orqanlarına verilib.Vətəndaşlar torpaq sahəsi almazdan öncə həmin torpaq sahəsində qurunt sularının mövcud vəziyyəti ilə bağlı məlumatı həm icra hakimiyyəti orqanlarından, həm də Ekologiya və Təbii sərvətlər nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən öyrənə bilərlər.
Yeri gəlmişkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları paytaxtın bir neçə ərazisində araşdırma aparıblar. Məlum olub ki, Abşeron, Binəqədi və Sabunçu rayonlarının bir neçə ərazisində qurunt sularının səviyyəsi yüksəkdir.
Əziz Qaralovun sözlərinə görə, ərazilərdə qurunt sularının səviyyəsinin qalxmasına əsas səbəb həm atmosfer yağıntılarının normadan artıq olması, həm də ərazilərdə kanalizasiya sisteminin olmamasıdır.
Qurumdan həmçinin o da bildirildi ki, subasan bu ərazilərdə drenaj şəbəkəsinin qurulması vacibdir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub