Sələmə pul götürdü, 4 il faiz ödədi. Lakin əsas borc əvvəlki kimi qaldı.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Ağcabədi sakini Rizvan Abbasovun borc almasına həyat yoldaşının xəstəliyi səbəb olub. 2012-ci ildə həyat yoldaşının 2 min manatlıq qızıl-zinət əşyalarını da girov qoyaraq həmyerlisindən 4 min manat pul götürüb. Sələm götürülən zaman heç bir rəsmi müqavilə imzalanmayıb.
Rizvan Abbasov sələm verən şəxsə 4 il ərzində 19200 manat pul ödəsə də, əsas borcu yəni 4 min manat əvəlki kimi qalıb.
Musiqiçi olan Rizvan Abbasov atası və bacısının vəfat etməsindən sonra bir müddət işə çıxa bilməyib. Sələm verən şəxsə də ödəniş edə bilməyəciyini deyib və faizi dayandırmağı xahiş edib. Lakin qarşı tərəf buna məhəl qoymayıb və onu məhkəməyə verib. Məhkəmə də borclunun etirafı əsasında 4 min manat pulun qaytarılması barədə qətnama çıxarıb. Rizvan Abbasov deyir ki, borc aldığı şəxs onu tez-tez hədələyir və bu yolla pulu tələb edir.
Hüquqşünas Asif Abdullayev deyir ki, sələmçiliklə məşğul olmaq qanunsuz fəaliyyətdir və cinayət məsuliyyəti yaradır.
Hədə yolu ilə borcun ödənilməsini tələb edən şəxsləri də ağır cəza gözləyir.
Hüquqşünaslar məsləhət görürlər ki, hədə ilə üzləşən şəxslər dərhal polisə məlumat versinlər. Bundan əlavə faiz tam ödənildikdən sonra sələmçi qalan borcu notarisuda rəsmiləşdirməyi tələb etdikdə də onunla razılaşmasınlar.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub