Dünyaca məşhur internet portalı Airbnb yeni bir problemlə qarşı-qarşıyadır.
Mynews.az xarici mediaya istinadən xəbər verir ki, kirayəlik ev və otaq xidməti təklif edən Airbnb istifadəçiləri evlərdə gizli kamera tapdıqlarını söyləyərək internetdə sözügedən görüntünü çəkib, paylaşırlar.
Son olayda bir ABŞ-lı 27 noyabrda tvit ataraq gizli kamera ilə bağlı şikayətlənib. Ceyson Skott adlı bu şəxs Airbnb-dən kirayələdiyi otaqda internetə qoşulu gizli kameranı tapan dostunun gecə saat 3-də evi tərk etdiyini qeyd edib.
Skott dostuna vurulun mənəvi zərərə görə pul ödənildiyi və evi dostuna kirayə verən şəxsin Airbnb sistemindən çıxarıldığını sözlərinə əlavə edib.
Qeyd edək ki, son bir ayda iki fərqli şəxs sözügedən portaldan kiayələdikləri evdə gizli kamera aşkar etdikləri barədə aidiyyəti qurumlara şikayət ediblər.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub