Yeni İl bayramı üçün uşaqlara hədiyyə seçməklə bağlı valideynlərə xəbərdarlıq edilib.
Mynews.az -ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a bildirib ki, Azərbaycanın əmtəə bazarında təhlükəli, arzuolunmaz uşaq oyuncaqları satılır.
“Nazirlər Kabinetinin 243 saylı qərarına görə, uşaq oyuncaqları məcburi sertifikatlaşdırılan mallar siyahısındadır. Yəni onlar əmtəə bazarına buraxılmamışdan öncə sertifikatlaşdırılmalı, yoxlanılmalıdır. Lakin ölkədə biznes qruplarına toxunulmazlıq şəraiti yaradılıb və Nazirlər Kabinetinin 243 saylı qərarı həyata keçirilmir. Bizim əlimizdəki siyahıda 900-ə qədər mal məcburi sertifikatlaşdırılmağa məruz qalmalı olsa da, bu proses həyata keçirilmədən əmtəə bazarında satılır. Uşaq oyuncaqlarının təxminən 80 faizi məcburi sertifikatlaşma keçilmədən satılır. Beləliklə, təhlükəli, arzuolunmaz uşaq oyuncaqları Azərbaycanın əmtəə bazarına buraxılıb.
Valideynlər sertifikatı soruşmaq hüququna malikdirlər. Satıcı isə onu göstərməyə borcludur”, - deyə Eyyub Hüseynov bildirib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub