Aprel şəhidi Nurlan Qasımovun ailəsində xoş bir hadisə baş verib. Bir müddət öncə şəhidin bacısı dünyaya gəlib.
Mynews.az xəbər verir ki, bu barədə modern.az-a aprel şəhidləri barədə silsilə yazılar yazan jurnalist Aida Eyvazlı məlumat verib.
"Dünən Şəmkir rayonunun deputatı Sona Əliyeva ilə birgə Tatarlı kəndinə, aprel şəhidi Nurlan Qasımovun evinə getdik. Və... bir xoş hadisə ilə qarşılaşdıq. Nurlan şəhid olandan sonra, 5 ay bundan əvvəl dünyaya gələn bacısı Fidan qarşıladı bizi", - Aida Eyvazlı bildirib.
Qeyd edək ki, Nurlan Qasımov 1997-ci il mayın 6-da Şəmkir rayonunun Tatar kəndində anadan olub. 2016-cı ilin aprel ayında cəbhədəki şoddətli döyüşlərdə şəhid olub. Nurlan Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub