"Neçə illərdir ki, xalq Prezident İlham Əliyevə dəstəyini bildirir və həmişə dövlət başçısının ətrafında sıx birləşib".
Mynews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev Niderlandın ING maliyyə holdinqinin analitik məruzəsində yer alan "Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir" fikrinə münasibət bildirərkən deyib.
M.Quliyev vurğulayıb ki, xalq görür ki, ölkədə sabitlik, haqq ədalət var, qanunlar işləyir, vətəndaşların rifah halı dövlət tərəfindən yaxşılaşdırılır, sosial müdafiə təmin olunur, Azərbaycan ordusu güclənir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır:
"İnsanların istəyi də odur ki, evlərində rahat yaşasınlar, hüquqları qorunsun, işi olsun. Bunların hamısı varsa, xalq niyə razı olmalı deyil?"
Qeyd edək ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.
1
"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu
1166 dəfə oxunub
2
Sabah su kəsiləcək - Bu ərazilərdə
1162 dəfə oxunub
3
Bu imtahanın nəticələri açıqlandı - RƏSMİ
1133 dəfə oxunub
4
"Qarabağ" "Liverpul"a böyük hesabla uduzdu
1132 dəfə oxunub
5
Bu ərazilərə metro çəkiləcək - ÜNVANLAR AÇIQLANDI
1089 dəfə oxunub