Tanınmış ilahiyyatçı Elşad Mirinin sosial şəbəkədəki səhifələri oğurlanıb.
A24.Az xəbər verir ki, bu haqda ilahiyyatçı özü məlumat verib. O bildirib ki, təsisçisi olduğu “Elşad Miri”, “Din.az”, “İslamologiya” və “Media Təqib Mərkəzi”nin “Facebook” səhifələri oğurlanıb.
Elşad Mirinin sözlərinə görə, sözügedən səhifələrə hücum edən naməlum şəxslər özlərinə həmin səhifələrdə “admin”lik statusu verdikdən sonra ilahiyyatçını səhifənin idarəçiliyindən çıxarıblar.
Həmin əməli törədən şəxslər eyni zamanda onu dövlət əlehinə məlumatlar paylaşan bir neçə səhifədə “admin” ediblər.
Elşad Miri bildirib ki, baş verənlər ona qarşı düşünülmüş təxribatdır. İlahiyyatçı bütün bunların son zamanlarda çox geniş müzakirələrə və sərt reaksiyalara səbəb olan çıxışlarına görə qurulmuş bir oyun olduğunu qeyd edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub