Bakı-Gəncə marşrutu üzrə şəxsi “Mercedes” markalı avtomobili ilə sərnişin daşımaqla məşğul olan 1972-cü il təvəllüdlü Mahir Məmmədov naməlum şəxslər tərəfindən soyğunçuluğa məruz qalıb.
Mynews.az-ın Report-a istinadən xəbərinə görə, Gəncəyə getmək adı ilə M.Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə avtomobili Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar.
Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq nəqliyyat vasitəsini İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
362 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
345 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
344 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
323 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
320 dəfə oxunub