Bakıda tələbə oğlanın ölümü ilə nəticələnən hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, Nizami rayonu, Çobanzadə küçəsində ailəsi ilə birgə yaşadığı mənzildə vəfat edən 1997-ci il təvəllüdlü Həsənov Tural Nəbi oğlunun meyiti vanna otağında aşkarlanıb. Onun dəm qazından boğulduğu məlum olub.
Bildirilir ki, dünən gecə saatlarında ailə üzvləri yatandan sonra Tural televizorda futbola baxmaqda davam edib. Təxminən bir saat sonra o, duş almaq üçün hamama keçib. Bu gün səhər satlarında valideynləri onun evdə olmadığını, yatağının açılmadığını görüblər. Daha sonra hamamın qapısının arxadan bağlı olduğunu görən Turalın ailə üzvləri vəziyyəti başa düşüb.
Tural Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn Fakültəsinin 4-cü kurs tələbəsi olub. Fakültədən bildirilib ki, 20 yaşlı tələbə yaxşı və əla qiymətlərlə oxuyurmuş. Yüksək balla universitetə qəbul olunan Tural dövlət hesabına təhsil alırmış və fakültədə sakit təbiətli və tərbiyəli tələbə kimi tanınıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub