Dekabrın 8-nə keçən gecə Yasamal rayonu ərazisində, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında özünü çoxmərtəbəli binadan atan qızın tələbə olduğu üzə çıxıb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, özünü 10-cu mərtəbədən ataraq həyatına son qoyan 24 yaşlı Əda Zeynalovanın UNEC-də MBA proqramı üzrə magistr təhsili aldığı məlum olub.
Magistraturanın I kurs tələbəsi olan Əda Zeynalova dekabrın 7-dək dərslərdə müntəzəm iştirak edib. Dostları və yoldaşları onu daha çox Nərgiz adı ilə tanıyırmış. Bildirilir ki, 24 yaşlı qızın atası yeni rəhmətə gedib. Bundan sonra o, dərin sarsıntı keçirib. İntihar faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Hadisənin dəqiq səbəblərini müəyyən etmək istiqamətində iş aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub