Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev yeni telekanal açır.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni telekanala artıq işçı yığımına start verilib. Keçmiş ANS əməkdaşlarının bir çoxuna da işləmək təklifi göndərilib.
Yeni telekanalın bir müddət internet üzərindən fəaliyyət göstərəcəyi, texniki məsələlər həll olunandan sonra isə teleyayıma başlayacağı bildirilir.
Məsələ ilə bağlı Mir Şahin Ağayevlə də əlaqə saxlamaq istəsək də, o telefon zənglərinə cavab vermədi.
Telekanalın Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqə ilə bağlılığı olub-olmaması məsələsini dəqiqləşdirə bilmədik. Amma bir neçə gündən sonra bu mövzuya da aydınlıq gələcək. Belə ki, MTRŞ-ın ANS-in keçmiş tezliyi üçün elan etdiyi müsabiqə 16 dekabr 2017-ci il tarixdə başa çatır.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub