"Ölkə.Az"-ın eksklüziv məlumatına görə o, bir neçə saat öncə azad edilib. Nadirov saytımıza açıqlamasında bildirib ki, başqa bir cinayət işində şahid kimi dindirilmək üçün Binəqədi Rayon Polis İdarəsinə dəvət edilsə də, məsuliyyətsizlik edərək getməyib:
"Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov tərəfindən bir cinayət işində şahid qismində dəvət edilmişdim. Ancaq məsuliyyətsizlik edərək getmədiyim üçün barəmdə məcburi gətirilmə qərarı çıxarıldı və 48 saat müddətinə azadlığım məhdudlaşdırıldı. Qanun qarşısında hamımız bərabərik. İki sutka dörd saat əvvəl tamam oldu, hazırda evimdəyəm", - deyə O.Nadirov bildirib.
Qeyd edək ki, Orxan Nadirovun həbs xəbərinin yayılmasından sonra həyat yoldaşı Arifə Nadirova "Ölkə.Az"- a açıqlamasında bunun həqiqəti əks etdirmədiyini, onun rayonda olduğunu bildirmiş, lakin DİN O.Nadirovun saxlanıldığı məlumatını təsdiqləmişdi.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub