Bakıda gənc oğlan metroda qatar relsinin üzərinə yıxılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Oxu.Az-a verdiyi məlumata görə, hadisə "İçərişəhər" stansiyasında baş verib: "Hadisə bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib. 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relslərin üzərinə yıxılıb. Xoşbəxtlikdən o, heç bir xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlaya bilib”.
09:44
Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında səhər saatlarında qorxunc hadisə qeydə alınıb.
Mynews.az Milli.az-a istinadla xəbər verir ki, təxminən 23-24 yaşlarında gənc oğlan özünü platformaya daxil olan qatarın altına atıb. Lakin səlahiyyətlilərin ayıq-sayıqlığı faciəvi ölümün qarşısını alıb.
Polislər intihara cəhd edən gəncin ifadəsini alırlar.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub