“Siyəzənin Sədan kəndində sürüşmənin aktivləşməsi nəticəsində çat yaranan evlərin sayı 50-yə çatıb”.
Mynews.az xəbər verir ki, bunu APA-ya Rayon İcra Hakimiyyətinin Sədan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Zeynalov deyib. Onun sözlərinə görə, müvafiq qurumlar evlərə baxış keçirib, 3 evin tikintisi barədə qərar qəbul olunub. Hazırda Fövqəladə Hallar Nazirliyi tikinti işlərini davam etdirilir.
İcra nümayəndəsinin sözlərinə görə, həmin evlər yaxın zamanda sakinlərin istifadəsinə veriləcək.
F. Zeynalov 2012-ci ildə sürüşmə zolağında 27 evin olduğunu, proses aktivləşdikcə bu evlərin sayının 50-yə çatdığını bildirib. O, çatlar əmələ gələn digər evlərə də baxış keçirildiyini və aidiyyəti qurumlar tərəfindən aktlaşdırıldığını deyib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub