"Hazırda əlilliyi olan şəxslərin işlə təminatında, işə götürülməsində müəyyən problemlər ortaya çıxır".
Mynews.az APA-Economics-ə istinadən xəbər verir ki, bunu əmək və əhalini sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, bu problemlərin müəyyən səbəbləri var: "Əlilliyi olan şəxsləri bir sıra səbəbdən işə götürmürlər. Birincisi, onlarda belə bir qənaət formalaşıb ki, əlilliyi olan şəxslərin digərləri ilə müqayisədə məhsuldarlığı aşağıdır. İkincisi və ən vacib məqamlardan biri odur ki, onların işlə təminatı üçün əlavə xərc çəkməyə işəgötürənlərin həvəsi yoxdur. Yəni əlilliyi olan şəxslərin işlə təmin olunması üçün həmin iş yerlərinin əlilliyi olan şəxslərə uyğunlaşdırılması lazımdır. Bunun üçün müəyyən qədər xərc çəkilməlidir. İşəgötürənlər bu xərclərin çəkilməsinə həvəslə getmirlər.
Əlilliyi olan şəxslərin təhsil səviyyəsi, peşə hazırlığı səviyyəsi cəmiyyətin digər üzvlərinə nisbətən müəyyən qədər aşağıdır. İşəgötürənlər əlilliyi olan şəxslərin işə götürülməsində bunları əsas gətirərək müəyyən neqativ elementlərə yol verirlər. Əlilliyi olan şəxslərin iş tapmasında təhsilləri ilə bərabər, onların əlilliyinin növü və onların əlilliyinin hansı yaşda baş verməsi də rol oynayır. Əlilliyi olan şəxslərin işlə təmin olunmasında cəmiyyət olaraq müəyyən dəyişikliyə getməliyik".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub