"Qızım ürək tutmasından ölüb" - İntihar edən 24 yaşlı qızın anası
![](https://img.mynews.az/news/2017/12/photo_34072.jpg)
"Qızım 24 yaşında ürək tutmasından dünyasını dəyişib. Bunu sübut edən həkim rəyi də var".
Bu barədə bir neçə gün əvvəl intihar edərək dünyasını dəyişməsi haqda məlumat yayılan Əda Zeynalovanın anası Nigar Zeynalova deyib.
O bildirir ki, qızının intihar etməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir: "Mətbuatda yazılıb ki, guya atası yeni rəhmətə getdiyi üçün qızım dözməyib intihar edib. Yalandır. Qızımın atası Vahid Zeynalov 3 il əvvəl rəhmətə gedib. Düzdür, Əda bundan sarsılmışdı, amma o ağır dövrü çoxdan keçirmişdi. Dərslərinə gedib-gəlirdi. Üstəlik, deyilir "Elmlər Akademiyası”nda olub hadisə, halbuki biz "Sovetski”də yaşayırıq”.
Qeyd edək ki, mərhum UNEC-də MBA proqramı üzrə magistr təhsili alırmış. Qrup yoldaşları da bildirirlər ki, Ə.Zeynalova sonuncu günədək dərslərdə iştirak edib, əhval-ruhiyyəsi normal olub. Ana xəbəri verən bütün KİV-lərdən xahiş edir ki, yanlış məlumatı ləğv etsinlər: "Neçə gündə yasa başım qarışıb, indi bilmişəm belə xəbərlərin yayıldığını. Bu, mənə çox pis təsir edir. Mənim qızım ağıllı, düşüncəli qız idi, intihar edəcək bir səbəbi yox idi. Evdə rəhmətə gedib, mən, anam və oğlum yanında olmuşuq. Qəfil tutması tutdu, təcili yardım çağırdıq, kürəyi qaralmışdı, həkim də dedi ki, ürək tutmasıdır”.
///Lent.az
Cəmiyyət
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da...
- Ramil Səfərovun xanımı deputatlığa namizəd olur
- Xalq artisti oğlunu əsgərliyə yola saldı - Təzə evlənmişdi... - FOTO
- Azərbaycanda qadınların pensiya yaşı ARTIRILDI
- Avtobuslardakı qəza çəkiclərini kim oğurlayır? - AÇIQLAMA
- Sabahdan Aİ 95 ucuzlaşır
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq" 1009 dəfə oxunub
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da... 1004 dəfə oxunub
- “Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTOLAR 1003 dəfə oxunub
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq 976 dəfə oxunub
- Ağadadaş Ağayev "Xalq artisti" adından məhrum edilə bilər? 969 dəfə oxunub