Əsəb sakitləşdirici, antidepressant dərmanları uzun müddət qəbul etdikdə insan orqanizmində onlara öyrəşmə baş verir.
Mynews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev bildirib.
Onun sözlərinə görə, əsəb sakitləşdirici, yuxugətirici, neyroleptiklər, antidepressantlar daha ciddi kimyəvi dərmanlardır: “Bu dərmanları uzun müddət, böyük dozada qəbul etdikdə insanlarda narkotik effekt yaranır. Belə dərmanlar sinir uclarını keyləşdirir, insana yuxu gətirir, onda “həzz” hissi yaradır. Belə dərmanlar trankvilizatorlar qrupuna (psixotrop dərman maddələri) aiddirlər. Bunları uzun müddət istifadə etdikdə insanda onlara öyrəşmə gedir, qəbul edilməyəndə orqanizm onları tələb edir”.
A.Baxşəliyev “tazepam”, “fenozepan”, “nozepan”, “amitryptiline” kimi əsəb sakitləşdirici dərmanların, eləcə də antidepressant Azərbaycanda dövlət qeydiyyatına alındığını da xatırladıb.
Onun sözlərinə görə, bu dərmanlar yalnız resept əsasında satılmalıdır: “Bu, bütün dünyada belədir. Bu dərmanlar Azərbaycanda da resept əsasında satılır. Lakin bəzən apteklərdə satıcılar bu dərmanları tanışlarına reseptsiz satırlar”.
A.Baxşəliyev qeyd edib ki, “uzun müddət” dedikdə dərmanların 2-3 ay müddətinə qəbul edilməsi nəzərdə tutulur:
“Dərmanlar uzun müddət qəbul edilkdə kimdəsə öyrəşmə olmaya bilər. Bu, orqanizmin fərdiliyi ilə bağlı olan məsələdir. Amma daha çox insanda öyrəşmə yaranır”.
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə deyib ki, depressiya əleyhinə sakitləşdirici dərmanlar ümumilikdə dərman zəhərlənmələrinə səbəb olan dərmanlar sırasında 3-cü və 4-cü yeri tutur.
Onun sözlərinə görə, ümumilikdə bu ilin yanvar-oktyabr ayları ərzində KTM-ə dərmanlardan zəhərlənmə ilə əlaqədar 597 müraciət edilib. Müraciət edənlərin 80 faizi qadın, 20 faizi kişi olub. Müraciət edənlər arasında 8 uşaq da olub. Onlar valideyn nəzarətindən kənarda qalaraq dərman içərək zəhərləniblər.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub