Azərbaycanın hansı rayonlarında “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ilin əvvəlində Mingəçevirdə regional “ASAN həyat” kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur: "2018-ci ildə Şəki, İmişli, Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında regional “ASAN xidmət” mərkəzlərinin inşasına başlanılacaq".
Qurumdan bildirilib ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır. Dekabrın 7-də Quba "ASAN həyat" kompleksinin rəsmi açılış mərasimi keçirilib. Yaxın günlərdə Quba “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayacaq".
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub