Mynews.az xəbər verir ki, bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ali səviyyədə təmsil olunmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın belə Zirvə toplantısında iştirakı və söz demək hüququ eyni zamanda onu deməyə zəmin yaradır ki, ölkəmiz separatçılıqla, beynəlxalq terrorçuluqla mübarizədə hər zaman qətiyyətli mövqeyi ilə seçilib:
"Ölkə başçısı buna misal olaraq Dağlıq Qarabağ münaqişəsini və onun fəsadlarını göstərdi. Belə fəsadların aradan qaldırılması, dünyanın siyasi mühitinin nizamlanması, balansın qorunması üçün hər bir ölkə səy göstərməlidir. Ona görə də Azərbaycan dövləti həm də müsəlman ölkəsi olaraq həmin istiqamətdə öz liderlik mövqeyini, birincilərdən olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir. Bu baxımdan, Azərbaycan İslam həmrəyliyi işinə davamlı olaraq böyük töhfələrini verir. Bu, həm də ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin multikultural dəyərlərə, beynəlxalq sülhün qorunub-saxlanılmasına verdiyi önəmin məntiqi nəticəsidir".
Siyasi ekspert bildirib ki, Azərbaycan istər Cənubi Qafqaz, istərsə də beynəlxalq aləmdəki siyasi mühitdə, xüsusilə İslam dünyasında öz mövcud və uğurlu strategiyasını davam etdirməklə bu kimi ədalətli qərarların verilməsində təşəbbüskarlığını sübut edib: "Bu isə Azərbaycanın siyasi nüfuzunun daha da gücləndirilməsinə yönəlmiş əhəmiyyətli məqamdır".
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub