Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Report.az-un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. E. Nəhmədov 5 il, R. Məmmədovun 2,5 il, P. Hüseynov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az-a açıqlama verən xalq şairi məhkəmənin qərarından narazı olduğunu deyib:
“Necə yəni 5 il? Oğlumun qatilinə ən azı 19 il cəza kəsilməliydi. Bir oğlum vardı, o da əlimdən getdi. Onun günahı nə idi ki, başını daşla vurub, əzdilər? Mən Ali məhkəməyə şikayət ərizəsi ilə müraciət edəcəm. Bu işi belə qoymayacam. O qatillər cəzasını layiqincə almalıdırlar. 5 ildən sonra türmədən çıxıb başqasının da balasını öldürəcək. Mənim balamı öldürdüyü kimi. Bu dərdi özümlə o dünyaya aparacam. Heç bir cəza mənim oğlumu geri qaytarmayacaq”.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Nəhmədovun 19 il, R. Məmmədovun 4 il, P. Hüseynovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub