"Azərbaycanda I qrup gözdən əlillərin təhsil haqqından azad edilməsi təklif olunur".
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.
Komitə sədri bildirib ki, I qrup gözdən əlillərin təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi variantına baxıla bilər:
"Dünən qəbuluma I qrup gözdən əlil olan 2 nəfər gəlmişdi. Onların hər ikisi konservatoriyaya daxil olub. Təhsil haqqı təxminən 2000 manatdır. Mənim hesablamalarıma görə, ali təhsil ocaqlarında 18 nəfər gözdən əlil təhsil alır. Bu vəsait bir ildə təxminən 100 min manatdan çox etməyəcək. Ola bilər ki, gələn sessiyada da bu məsələ barədə müzakirə aparaq. Çalışaq ki, həmin insanların bu problemi də həll edilsin".
H.Rəcəbli qeyd edib ki, I qrup gözdən əlillərə digər qrup əlillərdən iki dəfə çox müavinət verilir: "Onlar əmək pensiyasına çıxanda da belədir. Digər hallarda da onlara imtiyazlar verilir".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub