Oğrular bu dəfə qəbirin üstündəki mərmərdən olan sinə daşı və qəbiristanlıqda gül qoymaq üçün düzəldilən əşyalara göz dikib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Şəmkirin Qasımalılar kənd qəbristanlığında baş verib. Bir məzarın sinə daşı və bir neçə qəbrin bəzəkli hissələri naməlum şəxslər tərəfindən oğurlanıb. Zərəçəkənlər hadisədən məzarları ziyarət edərkən xəbər tutublar.
Sakinlərin sözlərinə görə, kənd qəbristanlığında müxtəlif vaxtlarda məzar daşlarının yanındakı əksər güldanlar da oğurlanıb.
Qasımalılar kənd qəbristanlığında baş verən oğurluq faktı ilə əlaqədər olaraq polisə məlumat verilib. Şəmkir rayon polis şöbəsində oğruların tutulması üçün əməliyyat başlanıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub