Əvvəla, dinimizdə istər özünə, istərsə də başqalarına qarğış etmək bəyənilmir. Dil bizə ona görə verilib ki, onu müsbət, xeyirli və halal yerlərdə istifadə edək. Müqəddəslərimiz qarğış etməz, hətta öz düşmənləri üçün də hidayət duası edərdilər.
Mynews.az islam.az-a istinadən bildirir ki, ikincisi, həyat Allahın bizə lütfü və əmanətidir. Biz öz həyatımızın tam maliki deyilik ki, ona son qoymaq və ya bunu arzu etmək ixtiyarı da bizdə olsun. Hər kəsin əcəli Allaha məlumdur və Onun məsləhət bildiyi an əcəl gələcək.
Üçüncüsü, bu dünya həyatı hər nə qədər çətin və təhlükəli olsa belə, axirəti qazanmaq üçün lazımdır. Əgər dünya həyatı olmasa, cənnətin də mənası olmaz. Biz axirətdəki mükafat və ya cəzamızı bu dünyada qazanırıq. Başqa sözlə desək, cənnət istəyiriksə, Allahın verdiyi ömrü ləyaqətlə yaşamalı və cənnətə layiq olduğumuzu sübut etməliyik. Unutmayaq ki, çətin sınaqlardan uğurla çıxmaq nəticəsində Allahın razılığına və mükafatına layiq ola bilərik.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub