Məlumdur ki, bir-birini tanımayan qadın və kişinin xəlvəti yerdə - təkbaşına qalmaqları İslam dini baxımından münasib deyil. Lakin gündəlik həyatda belə hallar müxtəlif səbəblərdən baş verir. Misal üçün, mən özəl bir dərs alıram. Müəllimim kişidir. İşlədiyi yerdə dərs keçir. Bu məsələni aydınlaşdırmağınızı xahiş edirəm. Bir də mənə dedilər ki, siz qadın bir jurnalistə müsahibə verdiyiniz vaxt onunla tək qalmamaq üçün kabinetinizə öz qızınızı da çağırmısınız. Bu sualı soruşmağımın səbəblərindən biri də budur.
Cavab: Təbii ki. Həmin gün bazar günü idi. Mən əvvəlcə heç qızımı otağa çağırmaq istəmədim. Çünki elə güman etdim ki, bizim iş yerimizdə işləyən yoldaşlar da oradadırlar. Sonra ətrafı gəzib gördüm ki, heç kəs yoxdur. Dərhal öz qızımı çağırdım.
Mynews.az muselmanlar.com-a istinadən bildirir ki, çünki biz belə etməliyik. Peyğəmbərimiz (s. a. v.) bir-birinə yad qadın və kişinin xəlvəti yerdə qalmaqlarını qadağan edib. Çünki bu hallarda şeytan özünü ortaya ata bilər.
Bu, ciddi bir məsələdir. Heç kəs bu məsələdə özündən arxayın olmamalıdır. Ehtiyatlı hərəkət etməlidir. Çünki siz də, tərəf-müqabiliniz də insansınız. Hər ikiniz də ilahi imtahandan keçirilirsiniz. Elə isə buna qarşı tədbir görmək də lazımdır.
Belə hallarda qapı mütləq açıq olmalı və o otağa hamı girib çıxa bilməlidir. Başqaları da o otaqda nə danışılır və nə iş görülürsə, onları hər dəqiqə görə bilməlidir.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub