Bu gündən Şaxta Baba və Qar qızlar Bakıda xidmətə başlayacaqlar.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
O deyib ki, bu günə qədər bu xidmət üçün quruma 5 cütlük müraciət edib. " Onların fəaliyyətinə bu gündən icazə verilir. Ola bilsin ki, yaxın günlərdə müraciətlərin sayı artsın. Daxil olan müraciətlər araşdırılacaq və onlara da müvafiq icazələr veriləcək".
Ə.Bağırov bildirib ki, indiyə qədər müraciət edən şəxslər paytaxtın müxtəlif ərazilərində quraşdırılan yolkaların ətrafında fəaliyyət göstərmək istəklərini bildiriblər. Sifarişlər əsasında evlərə gedən Şaxta baba üçün isə hələlik müraciət edən yoxdur.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub