Bu gün Milli Məclisdə "Yol hərəkəti haqqında" Qanuna maraqlı dəyişikliklər ediləcək.
Mynews.az-ın məlumatına görə, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, əsas yenilik odur ki, bu dəyişiklik qüvvəyə mindikdən sonra avtomobilini qeydiyyatdan keçirərkən (o cümlədən addan-ada keçirdərkən), texniki baxışdan keçirərkən və sürücülük vəsiqəsini dəyişərkən, şəxsin yol hərəkəti qaydalarını pozmaya görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilməmiş həmin proses həyatakeçirilməyəcək.
"Yəni qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək, sürücülük vəsiqəsi dəyişdirilməyəcək. Ona görə də qaydaları pozmayın, pozduqda da cəriməni vaxtında ödəyin ki, sonra yeni problem meydana çıxmasın", — Hüseynov qeyd edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub