"10 gün bundan qabaq bir qız gətirmişdilər, sabah toyu idi. Girib hamama, dəm qazından zəhərlənmişdi. Bəxtindən tez xəbərləri olub. Gecə saatlarında ağır vəziyyətdə, koma halında gətiriblər. Allahdan sağaldı, sabahkı gün toyu da baş tutdu, toyuna da getdik. Başqa bir gün də bəy hamamından bir bəy gətiriblər. Ümumiyyətlə, vəziyyətə baxanda həyəcan siqnalı çalınmalıdır".
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbə müdirinin müavini Məhəbbət İbrahimovailin yekunları ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, ötən ilə nisbətən toksikoloji zəhərlənmələrdən müraciət edənlərin sayında xeyli azalma olsa da, rəqəmlər yenə də kifayət qədər yüksəkdir: "Ötən il dəm qazından zəhərlənmə ilə bağlı 455 müraciət olub. Bu il isə müraciətlərin sayı 190-a düşüb. Müraciət edənlər arasında klinikada bir ölüm hadisəsi olub. O da komada daxil olmuşdu. Digər zəhərlənmələrin ötən illə müqayisəsinə baxsaq, nəticələr belədir:
Sirkə turşusundan zəhərlənmə müraciətləri: ötən il: 254, bu il: 237
Dərman vasitələrindən zəhərlənmə müraciətləri: ötən il: 1062, bu il: 602
Allergiya zəhərlənmə müraciətləri: ötən il: 236, bu il: 208
Qara qurd, hörümçəkdən zəhərlənmə müraciətləri: ötən il:10, bu il 5
Spirtli içkidən zəhərlənmə müraciətləri: ötən il 103, bu il 86
İlan zəhərlənməsi ilə bağlı isə müraciətlərdə artım var: ötən il: 90, bu il:104
Göbələkdən zəhərlənmə müraciətləri: ötən il: 25, bu il: 12.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub