General deputatlara xəbərdarlıq etdi
Müdafiə Nazirliyinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev Milli Məclisdə "Silahlı Qüvvələr haqqında" yeni qanun layihəsinin müzakirəsində deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib.
Mynews.aaz qafqazinfo-ya istinadən xəbər verir ki, K.Vəliyev qeyd edib ki, ötən dəfə müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev Tərtərdə hərbi hissələrin birində baş verən özbaşınalıqdan məlumat verib: "Bu məsələ dərhal bütün mediada yayılmağa başladı. Mən məlumat əldə edən kimi Qüdrət müəllimlə telefon vasitəsilə əlaqə saxladım. Onun özü də bu məlumatın getməsinə təəccübləndi. Bildirdi ki, media onun nə vaxtsa səsləndirdiyi fikirləri işıqlandırıb. Ordu haqqında nəsə deyəndə diqqətli olmalıyıq. Bu, həssas məsələdir. Biz müharibə şəraitindəyik. Hər neqativ hala düşmən təbliğatında bizə qarşı işlənilir.
Bizdə ictimai nəzarət də var. Bir sıra şəxslər, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə, onu qəbul etməyə hazırıq. 50-dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər.
Ombudsman aparatı, Baş Prokurorluq da Silahlı Qüvvələrə nəzarət edir.
Burada müddətdən artıq hərbui xidmət keçmiş şəxslərə nəzarət etmək barədə danışıldı. Həmin şəxslər hərbi hissəyə qəbul olunurlar. Bizdə bu, sistemli şəkildə həyata keçirilir. Onlar tam şəkildə müvafiq qurumların yoxlamalarından keçirlər. Bu gün müddətdən artıq hərbi xidmət keçən qulluqçular orduda 70 faiz təşkil edir. Əksəriyyəti professional insanlardır. Düzdür, ən bahalı texnikayla onları təchiz edirik. Bu gün də bu məsələ ilə bağlı ciddi şəkildə işlər aparılır".
Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclis Azərbaycan orduusundakı hər bir məsələyə görə cavabdeh daşıyır:
"Düzdür, Milli Məclisdə çıxışlar var. İndi Qüdrət müəllimin çıxışını araşdırarıq. Bəzən jurnalistlər məsələni kontekstdən çıxarıb yayırlar. Belə şeyləri ürəyinə yaxın qəbul etməyin".
Cəmiyyət
- Prezident generalı rektor TƏYİN ETDİ
- Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ
- Unun qiyməti qalxdı - VİDEO
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycan dili üzrə natiqlik çempionatına qeydiyyat başladı 993 dəfə oxunub
- “Nar” rouminq paketləri ilə səyahət daha sərfəlidir! 949 dəfə oxunub
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO 947 dəfə oxunub
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı 942 dəfə oxunub
- Ülvi və Fatimə qəzaya düşdü 918 dəfə oxunub