Son 5 ildə Şaxta baba və Qar qız olmaq istəyənlərin sayı 90 faiz azalıb.
Mynews.az bildirir ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov müraciət edənlərin sayının artacağına ümid edir. Çünki qəbul dekabrın 25-də başa çatacaq. Deportament rəhbərinin sözlərinə görə, azalma fotoqraf kimi müraciət edənlərin olmaması ilə bağlıdır. Çünki Şaxta baba və Qar qızın əsas gəliri fotoqrafın çəkdiyi şəkillər hesab olunur.
Hər il dekabr ayının 2-cı yarısından etibarən paytaxtda Şaxta baba və Qar qızı görməyə alışanlar, bayram ab-havası üçün onların vazkeçilməz simvollar olduğunu bildirirlər.
Qeyd edək ki, müraciət edənlər şəxsiyyət vəsiqəsinin sürətini, sağlamlıq haqqında arayışı təqdim etməklə yanaşı 60 manat dövlət rüsumu da ödəməlidir. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub