Aylardır, təmirə dayanan Binəqədi şossesi Binəqədi və ətraf ərazilərin sakinlərinin səbrini daşırmaq üzrədir.
Mynews.az BakuPost.az-a istinadən xəbər verir ki, yolda gedən təmir işləri səbəbindən avtobuslar dolanbac və uzun yollarla 45 dəqiqəlik yolu 1 saat 30 dəqiqəyə, bəzən daha çox müddətə qət edir, dayanacaqlara vaxtında gəlmir. Yolun noyabrın sonu təhvil veriləcəyi ilə bağlı vədlər verilsə də, dekabrın 7-dən etibarən Binəqədi şossesinin 4 yol ayrıc olan və Rəsulzadə qəsəbəsindən Azadlıq metrosuna kimi olan hissəsi də tamamilə bağlanıb.
Digər yol istifadəyə verilmədən, bu yola da asfalt çəkilməyə başlanılması əhalini sözün əsl mənasında yollarda qoyub. Belə ki, Azadlıq metrosuna kimi gedən avtobuslar sərnişinləri dördyoldakı körpünün altında boşaldır. İnsanlar metroya kimi olan kilometrlərlə yolu piyada getməli olur. Həmçinin geri qayıdarkən də qayıtmağa avtobus tapılmır. Digər şəhərdaxili marşrutlar isə 20 yanvar yolu ilə gedərək, 1 saata "Vorovskiy” dairəsi deyilən yerə çatır, oradan Azadlıq prospekti ilə marşruta davam edir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub