2018-ci ildə pensiyalarda artımın hansı mexanizm üzrə aparılacağı açıqlanıb.
Mynews.az bildirir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ilk olaraq 2017-ci il üçün əməkhaqqının artım tempi hesablanacaq.
Səlim Müslümovun sözlərinə görə, pensiya artımı bəzi kateqoriyadan olan insanlara şamil edilməyəcək.
Məlumdur ki, gələn ilin yanvar ayının 1-dən etibarən işsizlikdən sığorta haqqında qanun tətbiq ediləcək. Qanuna əsasən, növbəti ildən işsiz insanlar sığorta ödənişləri əldə edə biləcəklər. Bunun üçün bəzi tələblər nəzərdə tutulub.
Bu arada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında niyyət məktubu imzalanıb. Məktubda Azərbaycanda özünəməşğulluq proqramının həyata keçirilməsi, milli məşğulluq strategiyasının icra edilməsi kimi məsələlər əks edilib. /xezerxeber.az
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub