Əmək kitabçaları tarixə qovuşur
Yaxın gələcəkdə əmək kitabçaları tarixə qovuşacaq.
Mynews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, hazırda bununla bağlı işlər sürətləndirilib. İnsanların 2006-cı ilə qədərki əmək fəaliyyəti ilə bağlı məlumatların elektron sistemə daxil edilməsi davam etdirilir. Pensiya məbləğinin təyin edilməsi üçün məlumatların elektron formada saxlanılması bu prosesdə şəffaflığı təmin etdiyindən dünyanın əksər ölkələrində əmək kitabçalarından istifadə olunmur.
2006-cı ildən sonra ilk dəfə əmək fəaliyyətinə başlayan insanların da əmək kitabçaları olsa da, onların sosial sığorta şəhadətnaməsi olduğuna görə əmək fəaliyyətləri ilə bağlı məlumatlar artıq elektron sistemdə yer alıb. Amma bu, o anlama gəlmir ki, həmin şəxslər əmək kitabçalarını tullamalıdırlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi Əbülfət Məhərrəmovun sözlərinə görə, əmək kitabçalarının tam ləğv edilməsini uzun müddət gözləmək lazım gəlməyəcək. Çünki əmək kitabçasındakı məlumatların elektron bazaya daxil edilməsi prosesi sürətlə davam edir. Bu işi müəssisə və təşkilatlar özləri görürlər. Əvvəllər əmək fəaliyyəti ilə məşğul olan, amma hazırda işsiz olan vətəndaşların məlumatlarının sistemə daxil edilməsi isə qaranlıq qalır. Prosesin tez yekunlaşması üçün həmin şəxslərin Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə müraciət etmələri tövsiyə olunur.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 950 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 182 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 181 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 79 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 77 dəfə oxunub