Dekabrın 9-da Yasamal rayonu ərazisindən 55-60 yaşlarında bir kişi kəllə-beyin travması ilə kliniki tibbi mərkəzə yerləşdirilib və orada ölüb.
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, həmin kişinin xarakterik əlamətləri belədir: boyu 170 santimetr, arıq bədən quruluşlu, dişləri seyrək, gözləri qara, əynində qara şalvar, qara gödəkçə və qara ayaqqabı var.
Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (012) 434-02-02, 434-62-36 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub