Cahangir Xələfov avtomobilinə 1500 manatdan çox xərc çəksə də, onu idarə edə bilmir.
Buna səbəb qısa zaman ərzində bir neçə dəfə təmir olunan mühərrikin yenidən xarab olmasıdır.
Mynews.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, Cahangir Xələfovun avtomobilinin yenidən 300 manatdan çox xərci var. Avtomobili təmir edən usta isə təmir zamanı yalnışlığa yol vermədiyini, mühərrikin hansı səbəbdən xarab olduğunu bilmədiyini deyir. Çəkilən xərci geri qaytarmayan usta avtomobili bir daha təmir edə biləcəyini bildirir. Sürücü isə avtomobilini yenidən həmin ustaya əmanət etmək istəmir.
Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, hər bir usta gördüyü işə zəmanət verməlidir. Amma sürücü də orijinal ehtiyat hissələri almalıdır ki, sonradan hər hansı nasazlıq baş verməsin.
Sahil Ağabəyli bildirir ki, bəzi hallarda sürücülər ucuz və keyfiyyətsiz ehtiyat hissələrini aldığından bu kimi xoşagəlməz hallar yaşanır.
Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, ustalara ödəniş edilən zaman hər hansı sənədləşmə aparılmadığından sonradan həmin pulu geri almaq çox çətin olur. Amma hər bir halda sürücü məhkəməyə müraciət edib, ödəniş olunduğunu sübut edə və pulunu geri ala bilər. Hətta bu zaman mənəvi təzminat da almaq mümkündür.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub