Bakının Binəqədi rayonunda yaşayan 40 yaşlı Anar Hümbətov xiyar turşusundan zəhərlənərək ölüb.
Xezerxeber.az bildirir ki, illərdir ev şəraitində bağlanan turşuların zəhərlənməyə səbəb olduğu deyilsə də, insanlar buna məhəl qoymurlar.
Təkcə 2017-ci ilin 11 ayı ərzində 528 nəfər turşudan zəhərlənib, 4 ölüm halı qeydə alınıb.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov evdə turşu bağlanılmasının birmənalı şəkildə əleyhinədir. Onun sözlərinə görə, konservləşdirilmiş turşularda inkişaf edən toksinlərə müdaxilə çətindir. Bu, çox hallarda ölümlə nəticələnir. Zəhərlənən insanın müdaxilə üçün maksimum 8 saatı qalır.
Çox hallarda zəhərlənməyə səbəb olma ehtimalı böyük olan turşuları əvvəlcədən müəyyən etmək olur.
Turşu zəhərlənməsinin ilkin əlaməti qarında kəskin ağrılar və mütamadi qusma hallarıdır. Çoxları tutma bağlamağı asan hesab edirlər. Əslində isə tərəvəz vasitəsi ilə bankaya daxil olan torpaq qırıntıları, toz hissəcikləri sonradan reaksiyaya girərək zəhərlənmə yaradır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub