Türkiyənin sabiq baş naziri Mesut Yılmazın oğlu Mehmet Yavuz Yılmaz tapança ilə özünə atəş açaraq intihar edib.
Milli.Az Habertürk-ə istinadən bildirir ki, Mehmet Yılmazın cəsədi İstanbuldakı Beykoz Konakları səmtindəki evində aşkarlanıb.
Mesut Yılmaz və xanımı Berna Yılmaz oğullarının cəsədinin aparıldığı "Gayrettepe Florence Nightingale Hastanesi"nə yollanıblar.
Onları Turqut Yılmaz, Abdurrahim Albayrak, Fatih Terim, Sadri Şener və Ahmet Nazif Zorlu müşayiət edirdilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan M.Yılmaza zəng vuraraq ona başsağlığı verib.
38 yaşlı Mehmet Yavuz Yılmazın intihar səbəbi bəlli deyil.
Mehmet Yılmaz İstanbuldakı Zincirlikuyu məzarlığında dəfn olunacaq.
Mehmet Yavuz Yılmaz ABŞ-dakı Corctaun Universitetində təhsil alıb, otelçilik və restoran biznesində fəaliyyət göstərib.
Teleaparıcı Neşe Sapmazla evlənmiş M.Yılmaz 3 illik nikahdan sonra boşanmışdı.
O, qardaşı Emir Hasan Yılmazla "CFS İstanbul Yatırım A.Ş" şirkətinə də rəhbərlik edirdi.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub