Diqqət! - “Azəriqaz”a aldanmamaq üçün bu təlimatı yerinə yetirin
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı əhaliyə maraqlı bir xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, o, sosial şəbəkədəki hesabı vasitəsilə “Təşkilatımıza daxil olan vacib məlumat! Qaz abonentlərinin nəzərinə: diqqətli olun!” sözləri ilə başlayan müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunur: “Bildiyiniz kimi, Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən, bu ilin yanvarın 1-dən təbii qazın qiyməti 1700 kub metrədək olanda 10 qəpikdən, bundan artıq olan hissəsi üçün ödəniş isə 20 qəpikdən hesablanır. Limiti qalmiş və yaxud limiti keçmiş abonentlərin sayğaclarının üzərindəki göstəricilər qanuna uyğun qaydada 25.12.2017-ci il tarixdən 28.12.2017-ci il tarixədək oxunub bütün abonentlərə bildirişlər paylanılmalıdır”.
Lakin M.Qəhrəmanlı bildirib ki, “Azəriqaz” burada hiylə işlətməyi planlaşdırıb: “Daxil olan məlumata görə, Qaz İdarələrində olan itkilərə görə vəzifəli şəxslərin vəzifədən getmə ehitimalı var və bu üzdən onlar qaz itkisini ört-basdır etmək istəyirlər. Bunun üçün də abonentlərin sayğac göstəricilərində dekabrın qaz sərfini yanvar ayının əvvəllərində qeyd etməyi nəzərdə tutublar. Ona görə də bütün abonentlərdən sayğac göstəricilərini 28.12.2017-ci il tarixində oxuyub, mütləq qeyd etmələri xahis olunur. Əks təqdirdə, büdcələrinə ziyan gələcək”.
M.Qəhrəmanlı qeyd edib ki, sərfiyyat oxuyan aparatın tarixi 15 gün öncəki günlərə çəkilib.
Bəs, “Smart kart”larda məsələ necə həll olunacaq” sualına gədikdə isə, M.Qəhrəmanlı deyib ki, karta əlavə pul vurulması, onun hamısının 20 qəpikdən hesablanması demək olacaq: “Ona görə də karta yanvar ayının 10-a kimi artıq pul vurmayın. Yoxsa, həmin pulu da sərfiyyata çevirib, siləcəklər”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda ikinci kurs tələbəsi vəfat etdi 3606 dəfə oxunub
- Bakıda ikinci kurs tələbəsi vəfat etdi 3603 dəfə oxunub
- Metroda qatarda problem yarandı - Sərnişinlər düşürüldü 1681 dəfə oxunub
- Sabah Cəbrayıla ilk köç olacaq 1043 dəfə oxunub
- Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK 1041 dəfə oxunub