Tanınmış jurnalist "Yeni Azərbaycan" qəzetinin əməkdaşı Nardar Bayramlının 5 yaşlı oğlu Tunar autizm xəstəliyindən əziyyət çəkir.
Mynews.az bildirir ki, modern.az saytına danışan Nardar Bayramlı hələ ki, uşağın səhhətində ciddi irəliləyişin olmadığını deyib.
"Autizm elə xəstəlikdir ki, çox vəsait tələb edir. Belə olanda irəliləyiş yavaş-yavaş baş verir. Sadəcə, bir ay ərzində 2-3 söz öyrənib. Təbii, kömək edənlər olub. Sağ olsunlar. İndi uşağı başqa mərkəzə aparacağıq. Orda da idman və yaşam tərzi öyrədiləcək. Uşaqda ən böyük problem dərketmə qabiliyyətinin çox zəif olmasıdır. Bu ya beyin zədələnməsindən ola bilər, ya da autizmin əlamətidir. Nevropotoloqlar deyir ki, beyində zədə olması inandırıcı deyil. Çünki əlamətləri yoxdur".
Jurnalist baş verənlərə baxmayaraq, ümidli olduğunu bildirib.
"Buna baxmayaraq, bu yaxınlarda uşağın beynini MRT erdirməyi düşünürük. Əgər lazım olarsa, tibbi müalicəni də etdirəcəyik. Çünki 1 ya da 2 ilə nəticə olmasa yaş artdıqca milyon xərclənsə belə faydası olmayacaq. Amma müraciət etdiyimiz yeni mərkəz ümidverici fikirlər deyib. Daimi məşğul olunsa, 2 ilə ciddi nəticə əldə etmək olar".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub