İngiltərənin Böyük Britaniyanın Livandakı səfirliyinin diplomatı Rebekka Dykes Livanda avtomobil yolunun yaxınlığında ölü tapılıb.
Mynews.az Milli.az-a istinadən xəbər verir ki, polis açıqlamasında şənbə axşamı paytaxt Beyrutun şimal hissəsindəki yol kənarında bir qadın cəsədinin tapıldığı haqda məlumat yayıb.
Açıqlamada ölüm səbəbinin və kimliyinin müəyyən edilməsi üçün cəsədin ekspertizaya aparıldığı deyilib. Ekspertiza sonrası cəsədin İngiltərənin Livandakı səfirliyində çalışan Dykesə aid olduğu üzə çıxıb.
Hadisə ilə bağlı istintaqın davam etdiyi deyilir.
Livan mediasında yer alan xəbərlərə görə, cəsədin yarılması sonrası Dykesə öldürülməmişdən öncə təcavüz edildiyi və ölümünə səbəb kimi boğulduğu göstərilib.
Əvvəllər İraq və Livanda çalışan Dykes 2017-ci ilin yanvarından Livanda İngiltərə hökumətinə aid Beynəlxalq İnkişaf Departamentində fəaliyyət göstərirdi.
***
17.12.2017 (23:09)
Böyük Britaniyanın Livanın paytaxtı Beyrutdakı səfirliyində işləyən diplomatı Rebekka Dayks bazar günü ölü tapılıb.
Mynews.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən BBC məlumat yayıb.
Qadının meyiti yol kənarında aşkar edilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub