"Yol polisinin velosipedi "cərimə meydançası"na aparması düzgün deyil"
Mynews.az xəbər verir ki, yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov Azərbaycanda velosipedçilərin polis tərəfindən saxlanılaraq velosipedlərin "cərimə meydançası"na aparmasına münasibtə bildirib.
Ekspert qeyd edib ki, DYP-nin velosipedi cərimə meydançasına aparması düzgün deyil:
"Nəzəri olaraq yalnız sərxoş velosipedçi qaydaları pozarsa, velosipedi idarə etməkdən kənarlaşdırılmalıdır (sərxoş olsa da, qayda pozmursa, kənarlaşdırıla bilməz). Amma bu halda velosipedi cərimə meydançasına qoymaq təcrübi baxımdan düz deyil, çünki avtomobil və motosikletdən fərqli olaraq velosipedin nömrəsi, onun sahibinin bu barədə sənədi ("texpasport") olmur. Ona görə də həmin velosipedin kimin olması, kimə qaytarılması mübahisə doğurar. Bizdəki "cərimə meydançaları" da velosipedi saxlama şəraitinə malik deyil. Bu səbəbdən hətta göstərdiyim halda belə velosipedçiyə deyilməlidir ki, velosipedi sürmədən özün yoldan yığışdır (səki ilə itələyib apar, başqasını çağır sürsün və s.)".
Bununla belə Ə.Hüseynov hesab edir ki, aeroport yolu dediyimiz yol avtomagistral olmadığından orada velosipedlə hərəkət qadağan deyil, sadəcə, çox təhlükəlidir: Onun sözlərinə görə, velosipedlərin bu tipli yollarda hərəkətinin çox aydın qaydaları var. Belə ki, "Yol hərəkəti haqqında" Qanunun 46-cı maddəsinin I hissəsində qeyd edilir ki, velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır.
Ekspert bildirib ki, əvvəlki bənddə nəzərdə tutulan qaydaları pozan velosipedçiləri aşkar edən DYP əməkdaşı onları dayandıraraq, qaydalara uyğun hərəkət etmələrini tələb edə bilər, amma məhz 2 və daha çox cərgə ilə getməyə, yaxud dəstələrə bölünməmiş getməyə görə cərimə nəzərdə tutulmur.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 1108 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 1069 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 1068 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 1030 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 1027 dəfə oxunub