Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva fəaliyyətini sosial məsələlərinin həllinə yönəldəcəyini bildirib.
Mynews.az Apa.az-a istinadən bildirir ki, bu barədə Mehriban Əliyeva Rusiyanın “Vesti nedeli” verilişinə müsahibəsində deyib.
“Mən işimi sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətindəyəm. Mərhəmətsizlik və laqeydlik qorxulu anlayışlardı. İstər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumaq vacibdir”, deyə M.Əliyeva bildirib.
O, həmçinin, vurğulayıb ki, dövlət başçısının həyat yoldaşı olmaqla yanaşı, həm də silahdaşıdır: “Məni vitse-prezident vəzifəsinə təyin etmək şəxsən Azərbaycan prezidentinin təşəbbüsüdür. Çox güman ki, uzun illər onun yalnız həyat yoldaşı deyil, silahdaşı olmağım da öz rolunu oynayıb. Biz bu təyinat barədə çox götür-qoy etdik, diskussiyalar apardıq. Əsas məsələ üzərimə götürəcəyim məsuliyyətlə bağlı idi. Lakin həyat yoldaşımın simasında mənə daim dəstək göstərməyə hazır olan şəxs görürəm. Əminəm ki, hər hansı şübhələrin yer aldığı halda o mənə düzgün yol göstərəcək”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub